Nazirlikdən narkotik əməliyyatı - FOTO

Nazirlikdən narkotik əməliyyatı - FOTO
  24 İyul 2014    Oxunub:939
Daxili İşlər Orqanlarının əməkdaşları narkotik maddələrin əkilib becərilməsi hallarına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
AzVision.az-a DİN-dən daxil olan məlumata görə, Şamaxı rayon Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik maddə plantasiyası aşkarlanıb. Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb.

Sərdar Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürüb və sahibinin razılığı ilə çətənə kolları əkib. Bu müddət ərzində narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib. Sərdar Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da istəyinə çata bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.





Teqlər:  





Xəbər lenti