Rayon təhsil idarələri ləğv edildi - SƏRƏNCAM

  24 İyul 2014    Oxunub : 675
Rayon təhsil idarələri ləğv edildi - SƏRƏNCAM
Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional idarələri yaradılır:

1.1. Sumqayıt şəhər, Abşeron, XızıQubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;
1.2. Xaçmaz, Quba, Qusar, ŞabranSiyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;
1.3. İsmayıllı, Şamaxı, QobustanAğsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;
1.4. Şəki şəhər, OğuzQəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;
1.5. Balakən, ZaqatalaQax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;
1.6. Ağstafa, QazaxTovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;
1.7. Şəmkir, GədəbəyDaşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;
1.8. Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, KəlbəcərXocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;
1.9. Yevlax və Mingəçevir şəhər, AğdaşBərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;
1.10. Tərtər, Ağdam, Ağcabədi, Laçın, FüzuliXocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;
1.11. Ucar, Zərdab, KürdəmirGöyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;
1.12. Sabirabad, Saatlı, İmişliBeyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;
1.13. Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, BiləsuvarCəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;
1.14. Masallı, YardımlıCəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;
1.15. Lənkəran şəhər, AstaraLerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.

2. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin.

6. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Teqlər: