SOCAR işə qəbulla bağlı imtahan keçirib

SOCAR işə qəbulla bağlı imtahan keçirib
  25 İyul 2014    Oxunub:1398
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt təlim-tədris mərkəzində 2013-2014-cü tədris ili üzrə buraxılış imtahanı keçirilib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, ölkənin neft-kimya sənayesi üçün ixtisaslı fəhlə kadrlarının hazırlanması məqsədi ilə yaradılmış təlim-tədris mərkəzində 85 gənc aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, kompressor və nasos qurğuları maşinisti, təmirçi-çilingər, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər və elektrik-qaz qaynaqçısı ixtisaslarına yiyələnib.

ARDNŞ-in imtahan komissiyası və “Azərikimya” İstehsalat Birliyinin təcrübəli mütəxəssisləri tərəfində keçirilən imtahanda məzunlar qazandıqları nəzəri və praktiki bilikləri dörd peşə sınağı üzrə nümayiş etdiriblər. Buraxılış imtahanında yüksək göstəricilər əldə edən şagirdlər “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində müvafiq işlə təmin olunacaq.


Teqlər:





Xəbər lenti