Prezident Olimpiya stadionunda - FOTOLAR

Prezident Olimpiya stadionunda - FOTOLAR
  25 İyul 2014    Oxunub:986
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
AzVision.az AzerTAc-a istinadən stadionla tanışlıqdan olan görüntüləri təqdim edir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirildiyini bildirib.

İlham Əliyevə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görüləcək işlərlə də bağlı məlumat verildi. Bildirilib ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcək. Bu yol üzərində bir körpü və iki tunel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti