Prezident Əli Abbasova birinci müavin təyin etdi

  25 İyul 2014    Oxunub : 506
Prezident Əli Abbasova birinci müavin təyin etdi
Prezident İlham Əliyev rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovu nazir Əli Abbasovun birinci müavini təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncama əsasən İltimas Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilir.

Qeyd edək ki, lltimas Əhməd oğlu Məmmədov Əli Abbasovun müavinlərindən biridir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub.

O, 2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə Rabitə Nazirinin Texniki Məsələlər üzrə Müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasıya Texnologiyalari nazirinin (İndi bu qurum Rabitə və Yüksək Texnologiylar Nazirliyi adlanır –red) müavini təyin olunub və hazırda həmin vəzifədə çalışır.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) "Rabitə ustası" fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalələrin müəllifidir.

AzVision.az

Teqlər: