Avtovağzalda bayram hazırlığı başlayıb

  25 İyul 2014    Oxunub : 314
Avtovağzalda bayram hazırlığı başlayıb
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
AzVision.az xəbər verir ki, bayram günlərində sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.

Yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq.

Avtovağzalda qiymət intizamına nəzarət komissiyası da yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər.


AzVision.az

Teqlər: