İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək

“Ukraynanın artilleriyaya və artilleriya sursatlarına ciddi ehtiyacı var”, - nazir deyib.
Məlumata görə, bu dəstək paketinin ümumi dəyəri 3 milyard kron (300 milyon ABŞ dolları) təşkil edir. Vəsaitlərin bir hissəsi Danimarkanın təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə sənayesinə, o cümlədən 155 mm-lik sursatın və ya Ukraynanın təkərli özüyeriyən “Boqdana” haubitsasının istehsalına yönəldiləcək.
Qeyd edək ki, yardımın ayrılması yanvarın sonunda açıqlanıb və onun təfərrüatları bu gün açıqlanıb.
AzVision.az
Teqlər: