Doğuş Bakıda kimlər üçün oxudu?

  26 İyul 2014    Oxunub : 607
Doğuş Bakıda kimlər üçün oxudu?
Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Doğuş ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Müharibə Əlilləri üçün Müalicə Pansionatında, Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan Doğuş belə bir mərkəzin yaradılmasını və onun fəaliyyətini yüksək dəyərləndirib. O, sağlamlıq imkanları məhdud gənclərin öz potensiallarını cəmiyyətə təqdim edə bilmələri, məşğulluq imkanlarını reallaşdırmaları üçün bu şəraitdən lazımınca istifadə etməli olduqlarını vurğulayıb. Məşhur müğənni mərkəzdəki musiqi dərnəyinin üzvləri ilə görüşərək onların ifaları ilə tanış olub, onlara öz məsləhətlərini verib.

Sonra mərkəzin həyətindəki istirahət guşəsində, açıq havada məşhur türk müğənnisi Ramazan bayramı münasibətilə konsert proqramı təqdim edib. Tədbirdə Azərbaycanın tanınmış müğənnisi Yusif Mustafayev də iştirak edib, mahnılar oxuyub. Sağlamlıq imkanları məhdud gənclər onlara xoş və fərəhli anlar yaşadan belə yaddaqalan tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Doğuş Müharibə Əlilləri üçün Müalicə Pansionatında və Qocalar evində də yaddaqalan konsert proqramı ilə çıxış edib.

Teqlər: