Girov Şahbaz yazır: `Qızım amanatı` - FOTO

Girov Şahbaz yazır: `Qızım amanatı` - FOTO
  27 İyul 2014    Oxunub:839
Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İlhamə Quliyevaya yazdığı məktubun mətni açıqlanıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, məktub bu gün saat 17.00 radələrində Beynəlxaql Qızıl Xaç Komitəsinin Bərdə ofisi tərəfindən Şahbazın bacısı İlhamə Quliyevaya verilib.

Məktubda Şahbaz yazır:

“Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram. Mənim qızım amanatı. Hələlik sağ olun. Öpürəm hamınızı”.

Qeyd edək ki, Beynəlxaql Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.






Teqlər:





Xəbər lenti