Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
  27 İyul 2014    Oxunub:881
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirir.
İmtahan Bakıda iki, Naxçıvan şəhərində bir binada təşkil olunub.
Saat 11.00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahana nəzarətçi-müəllimlər nəzarət edirlər.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi bu il martın 30-da keçirilib və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın ikinci mərhələsinə buraxılıb.
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi iyulun 26-da olub, ikinci mərhələsi isə iyulun 27-də keçirilir.


Teqlər:





Xəbər lenti