Deputat şeyxi tərifləyənlərə `yaltaq` dedi

Deputat bəzi opponentlərini şeyxə yaltaqlanmaqda ittiham edib:
“Tövsiyə edərdim ki, Şeyxə yaltaqlanmaq üçün başqa vasitələr seçsələr daha yaxşı olardı. Çünki mən ayrıca Şeyxi ittiham edən hansısa açıqlama verməmişəm. Onunla münasibətim də kifayət qədər səmimidir və istənilən məsələni sərbəst şəkildə müzakirə edə bilirik. Bir sıra məqamlarda da dindarlara qarşı təzyiqlərə qarşı müsbət davranışlarının da şahidi olmuşam. Biz yanlış ənənəni tənqid etmişik, ümidvaram ki, bu yanlışların düzəldilməsi istiqamətində addımlar atılacaq”.
AzVision.az