ABŞ Rusiya ilə Çini ayırmaq istəyir, amma...
-1744103889.jpg)
Lakin məqalənin müəllifləri Maykl Matssa və Şey Xatirinin fikrincə, hazırkı vəziyyət kökündən fərqlidir: münasibətləri pozmaq üçün nə Moskvanın, nə də Pekinin heç bir əsası yoxdur, onların tərəfdaşlığı isə getdikcə yalnız güclənir.
Bunun üçün Nikson dövründə ABŞ-nin Çinə necə üz tutduğunu xatırlamaq lazımdır. Məşhur olan düşüncəyə rəğmən, Birləşmiş Ştatlar Pekin və Moskva arasında münasibətlərə çat salmamışdı. Onların qarşıdurması çox erkən və Amerikanın müdaxiləsi olmadan yaranmışdı.
“Onda Çinin Rusiyanın gücündən qorxmaq və ABŞ-də əks qüvvə axtarmaq üçün əsası var idi”, - məqalədə “Washington Post (WP)” qəzetinin köşə yazarı Devid İqnatiusdan sitat gətirilir.
Çünki Stalinin ölümündən sonra SSRİ-nin rəhbəri Nikita Xruşşovun 1956-cı ildə stalinizmi tənqid etməsi Çinin lideri Mao Tszedunu dərindən qəzəbləndirdi. Bunu əsl marksizm-leninizmdən geri çəkilmək kimi qiymətləndirən Mao dünya kommunist hərəkatında Çinin liderliyini bərqərar etməyə cəhd göstərirdi.
Onun 1958-ci ildə yazdığı “İrəliyə Böyük Sıçrayış” məqaləsi qismən sovet tənqidinə cavab idi. 1963-cü ildə çinlilər “Xruşşovun yalançı kommunizmi və onun dünya üçün tarixi dərsləri haqqında” adlı kitabça nəşr etdilər ki, bu da, nəhayət, sosialist düşərgəsinin iki dövləti arasında ideoloji uçurumu möhkəmləndirdi.
- Bu qarşıdurmanın real nəticələri oldu. 1960-cı ildə SSRİ Çindən öz müşavirlərini, o cümlədən Çinin nüvə proqramı ilə məşğul olanları geri çağırdı. Çin nüvə silahı məsələsində tarazlığı qorumaq üçün ABŞ ilə əməkdaşlıq etmək istəyəndə bu, Moskvada qəzəb doğurdu. 1960-cı illərin sonlarında gərginlik o həddə çatdı ki, SSRİ hətta 1969-cu il sərhəd müharibəsindən sonra Çinin nüvə obyektlərinə qabaqlayıcı zərbə endirməyi düşünürdü”, - məqalədə vurğulanır.
Hələ 1920-ci illərdə sovet agentləri Çin Kommunist Partiyasını yaratmağa kömək etikləri halda, bir neçə onillikdən sonra Sovet və Çin qoşunları artıq bir-birinə atəş açırdılar.
“Lakin ABŞ bu münaqişənin memarı yox, daha çox müşahidəçi rolunu oynayırdı. Henri Kissincer və Riçard Nikson 1971-72-ci illərdə Pekinə gedəndə yeni ittifaq yaratmırdılar, sadəcə olaraq, artıq mövcud olan boşluqdan istifadə edirdilər”, - məqalədə bildirilir.
Sahil İsgəndərov
AzVision.az