Cəbhədə bayram namazı qılındı

AzərTAc xəbər verir ki, Ağdam rayonunun Xındırıstan kəndində və Tərtər rayon cümə məscidində qılınan bayram namazında Ulu Tanrıdan işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi, dövlət müstəqilliyimizin əbədi olması, dövlətimizin qüdrətinin daha da artması arzu olunub.
Ağdam cümə məscidinin axundu Hacı Barat Bağırov bayram xütbəsində 11 ayın sultanı olan Ramazanın özəlliklərindən danışıb, milli-mənəvi həmrəylik, saflıq və mərhəmət rəmzi olan bu bayramda xalqımıza əmin-amanlıq, duaların qəbul olunmasını, növbəti bayram namazlarının Ağdam, Şuşa və işğal altındakı digər ərazilərimizdə qılınmasını arzulayıb.
Teqlər: