ABŞ səfirliyindən hədiyyə söhbəti ilə bağlı AÇIQLAMA

Bildirilir ki, səfir Morningstarın iqamətgahında keçirilən vida mərasımındən olan xəbərlər reallığı düzgün əks etmir:
`Ənənəvi olaraq Bakıdakı diplomatik korpusun nüfuzlu təmsilçisi dövləti tərk edən Səfirə hədiyyə alınması üçün diplomatik missiyalardan vəsait toplayır.
Vidə mərasimindən öncə Səfir Morniqstar digər səfirlər etdiyi kimi, hədiyyə üçün toplanan vəsaiti xeyriyyəçiliyə yönəltmək qərarı vermişdir. Vida mərasimi vaxtı diplomatik missiyalarının cari təmsilçisi olan Rusiyanın Səfiri Doroxin, Səfir Morninqstara toplanan vəsaiti təqdim etmişdi. Səfir vasaiti yerli xeyriyyəçilik məqsədlərinə ünvanlamışdır. Səfir Morniqstar hədiyyə almaqdan şərəf düyaraq diplomatik korpus nümayyəndələrinə və Səfir Doroxinə təşəkkürünü bildirmişdir. Səfir Morniqstar və Səfir Doroxinin arasında həmişə çox yaxşı münasibətlər olub`.