Metropolitendən “20 Yanvar” açıqlaması

Metropolitendən “20 Yanvar” açıqlaması
  31 İyul 2014    Oxunub:1429
Ötən gündən başlayaraq, metronun “20 Yanvar” stansiyasındakı ticarət obyektlərinin söküntüsünə başlanıb.

Bildirilir ki, keçidə ticarətlə məşğul olan sahibkarlara avqustun 1-dək vaxt verilib və bundan sonra bütün köşklər yığışdırılacaq.
AzVision.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza bildirib ki, söküntü aparılan ərazi Metropolitenin tabeliyində olmadığı üçün onlarda bu barədə məlumat yoxdur:

“Bizim ərazimizə daxil olan yerlərdə bütün ticarət obyektləri söküldü. Həmin yer isə piyada keçidi olduğu üçün Bakı Metropolitetinin ərazisinə daxil deyil”,-deyə, qurumun sözçüsü əlavə edib.

Qeyd edək ki, Zaur Hüseynov Bakı Metropoliteninə rəis təyin olunduqdan sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunublar.

Sevinc İltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti