Ukraynada 3 azərbaycanlı yaralanıb

Bu barədə ANS TV-ə Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib. Onun sözlərinə görə, Luqanksda daha 3 azərbaycanlı Vüqar, Mahir və Ədalət Qəhramanovların güllə yarası aldığı deyilir.
Asim Osmanov qeyd edib ki, onun əmisi oğlunun verdiyi qeyri-rəsmi məlumata görə, Luqansk vilayətinin Komenko kəndində maşında olarkən atəş açılıb, yerindəcə qətlə yetirilib: “Hazırda Luqanksda yaşayan bütün azərbaycanlılara tövsiyə olunub ki, nisbətən sakit ərazilərə köçsünlər”.