RSF: “Rusiya qəsdən juranlistlərin yaşadığı yerləri vurur”

Hesabata görə, 2022-ci il fevralın 24-dən Rusiya ordusu Ukraynada əsasən cəbhə xəttinə yaxın olan Xarkov, Donetsk, Dnepr, Odessa və Kiyevdə yerləşən 25 otelə 31 zərbə endirib. Hücumlar zamanı 7 jurnalist yaralanıb, “Reuters” agentliyinin təhlükəsizlik üzrə müşaviri Rayan Evans isə Kramatorskda otelə endirilən zərbə nəticəsində həlak olub.
“Bu otellərdən yalnız birinin hərbi məqsədlər üçün istifadə edildiyini, digərlərində isə jurnalistlərin də daxil olduğu mülki qonaqların qəbul olunduğunu vurğulayırlar”, - hüquq müdafiəçiləri bildirirlər.
Hesabatda həmçinin qeyd olunur ki, Rusiya qüvvələri yüksək dəqiqliyi ilə tanınan “İskəndər 9K720” raketlərindən istifadə edir. Onların bəzi modellərində zərbənin dəqiqlik səhvi 20 metrdən çox deyil.
Müharibə başlayandan jurnalistlər iş taktikasını dəyişməli olublar. “RSF” və “Truth Hounds” təşkilatının keçirdiyi sorğuya əsasən, ukraynalı jurnalistlərin 64%-i və xarici müxbirlərin 43%-i cəbhə xəttinə yaxın otellərdə qalmaqdan yayınır. Onlar logistik çətinliklər, ezamiyyətlərin azalması və psixoloji travma ilə üzləşirlər.
- İşarəsiz avtomobillər, zirehlərdə mətbuat nişanının olmaması, geolokasiyanın söndürülməsi... Görünməz olmaq sağ qalma strategiyasına çevrilib”, - məlumatda vurğulanır.
Bəzi redaksiyalar reportyorların otellərdə gecələmələrinin sayını məhdudlaşdırır və özəl sektora üstünlük verir və ya təhlükəli ərazilərə səyahəti tamamilə qadağan edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: RSF Rusiya jurnalistlər