FHN vətəndaşı qayalıqdan xilas etdi

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxmış və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə vətəndaşı oradan endirmiş və aidiyyatı üzrə təhvil veriblər.