Yunus peyğəmbərin Leylası

Yunus peyğəmbərin Leylası
  01 Avqust 2014    Oxunub:3067
Vüsal Məmmədov

O gün yaşına görə gənc olmayan, başına görə isə yetkin sayıla bilməyəcək bir radiKAL müxalifətçinin maraqlı fikrinə rast gəldim. Ölkə siyasətinin Əliyullahilər düşərgəsinə mənsub olan bu zat (hərçənd, sonuncu hərfin məhz “t” olacağına əmin deyiləm) Bzejinskinin qocaldığından sui-istifadə edərək, maraqlı bir dini-politoloji tezis irəli sürmüşdü. Zat belə buyurmuşdu: necə ki, Allah Yunus peyğəmbəri balığın qarnında sağ-salamat qoruyub saxlayıb, eləcə də Leyla Yunusu həbsxanada sağ-salamat qoruyacaq.
Bu fikir son aylarda mənim beynimdə dolaşan qənaətləri qəti olaraq təsdiqlədi: Azərbaycanda Leyla Yunusu peyğəmbər sayan bir zümrə formalaşıb. Ciddi sözümdür. Leyla Yunus polisə qarşı həyasızlıq edəndə bizim yazdığımız “həyasızlıq elədi” başlığına görə ünvanıma ittihamlar eşidərkən nə baş verdiyini anlaya bilməmişdim. Mənə sübut eləməyə çalışırdılar ki, o hadisədən bəhs edərkən “həyasızlıq” yazmaq olmaz. Niyə axı həyasızlığı etmək olar, amma yazmaq olmaz? Bu yerdə yadıma rusların məşhur bir mahnısı düşür. Valideynləri “ж..а” sözünü işlədən uşağı danlayıb deyirlər ki, belə söz yoxdur. Uşaq da soruşur ki, “Ведь такого не бывает: ж..а есть, а слова нет!" Yəni həyasızlıq hərəkət olaraq ortada varsa, onu ifadə edən bir söz də olmalıdır da.

İndi hər şey aydın olur: sən demə, radiKALların nəzərində Leyla Yunus peyğəmbər, ya da ən azından peyğəmbərlə üfiqi münasibətdə ola biləcək səviyyədə bir övliyadır və təbii ki, belə bir ülyahəzrətin haqqında “həyasızlıq” sözünü yazmaq günahdır.
Mən hər kəsin inanc azadlığına hörmət edən bir adamam. İstəyirsən, lap Yunusa inan, yetər ki, onu qarnında saxlayan balığın konservasını mənə yedirtmə!

Sadəcə, burada və gələcəkdə daha bu qəbildən narazılıqlar ortaya çıxmasın deyə, mən Leyla Yunusla bağlı terminlərin izahlı lüğətinə balaca bir əl gəzdirməyi təklif edirəm. Yalnızca ortaq dil tapa bilməyimiz üçün - Yunus peyğəmbəri udan balığın qəlsəməsinə and olsun ki, ayrı məqsədim yoxdur.

Deməli, belə. Leyla Yunusu peyğəmbər sayanların məntiqinə görə, biz onun hərəkətlərinin əsl məğzini görə və anlaya bilmirik. Belə ki:

1) Leyla Yunus həyasızlıq etmir
- Leyla Yunus fikirlərini yüksək notlar vasitəsilə çatdırır;
2) Leyla Yunus tualetə getmir - Leyla Yunus öz pak ifrazatı ilə Azərbaycan təbiətini zənginləşdirir;
3) Leyla Yunus polisin papağını yerə atmır - Leyla Yunus sərin bahar mehinin polisimizin saçlarını oxşaması üçün şərait yaradır;
4) Leyla Yunus azərbaycanlıları Ermənistana aparmır -– Leyla Yunus Ermənistanın azərbaycanlı tapdağının altında qalmasını təmin edir;
5) Leyla Yunus Vətənini satmır – Leyla Yunus Vətənin bazardakı qiymətini qaldırmağa çalışır;
6) Leyla Yunus Qərbin Azərbaycana təzyiq etməsi üçün çalışmır – Leyla Yunus Azərbaycanın xarici təzyiqlərin qarşısında bərkiməsini istəyir;
7) Leyla Yunus alma yemir – Leyla Yunus Həvva kimi müqəddəs olduğu haqda mesaj verir;
8) Leyla Yunus bankda pul saxlamır – Leyla Yunus ölkə banklarının kapitalını artırmaq istəyir;
9) Leyla Yunus olimpiadanı boykota çağırmır – Leyla Yunus biz qonaqpərvər millət olduğumuz üçün, avropalıların gəlib burada uduzmasını istəmir;
10) Leyla Yunus dövlət sirrlərini xaricə ötürmür – Leyla Yunus dövlət sirrini qoruyanların sayıqlığını yoxlamağa çalışır.

...Bir sözlə, nə başınızı ağrıdım, bundan sonra frau Leyla haqqında danışanda mən düzgün terminlər seçməyə çalışacağam. Zarafat deyil, balığın qarnında sağ qalan adamdır, birdən acığı tutar, bədduadan-zaddan edər, yerimdə qalaram. (Qoy görüm, hərə əllərim qurumayıb ki?.. Yox, deyəsən, işləyirlər...)

Leyla Yunusun özünü mən haradasa başa düşə bilirəm. Amma onu müdafiə edənləri heç vaxt anlaya bilməmişəm. Sənin ölkəni qəsdən aşağılayan, müxalifətində 13 siyasətçinin olmadığı ölkədə 132 nəfərlik siyasi məhbus siyahısı tutan, ermənilərlə birgə sayt açan, olimpiadanı boykota çağıran, hər yerdə Azərbaycanın adını ləkələyən birini axı hansı məntiqlə dəstəkləmək olar? Hakimiyyətə nifrətin var deyəmi? Nifrətin varsa, get, acığın gələn məmurun şəklində boks armudu düzəltdir və sal təpiyinin altına, amma bu nifrəti ölkənə şamil eləmə!

...Hələ ki frau Leyla radiKALların diliylə desək, balığın qarnındadır. Yunus peyğəmbəri udan balığa bizim mifoloji dildə “naqqa balığı” deyrlər. Türkiyəlilər hesab edir ki, bu, delfin olub və ona görə də delfinə “Yunus” deyirlər. Sizi bilmirəm, şəxsən mən Leyla Yunusu delfinə oxşatmıram. Elektrikli skata daha çox bənzəyir. Ya da çəkicbalığına. Hər nədirsə də, əsas odur, üzdüyü suları zəhərləməsin.


Teqlər:  



Xəbər lenti