Mikayıl Cabbarovdan `türmə`lərdəki məktəblərlə bağlı ƏMR

Mikayıl Cabbarovdan `türmə`lərdəki məktəblərlə bağlı ƏMR
  01 Avqust 2014    Oxunub:1708
Təhsil naziri Mikayıl Cabbarov Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi barədə əmr verib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, nazir Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki tədris Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəbləri üçün 2014-2015-ci dərs ilinə aid tədris planlarını təsdiq edib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti