26 mindən çox abturiyent seçim edib

26 mindən çox abturiyent seçim edib
  01 Avqust 2014    Oxunub:1962
Bu günə qədər 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyiblər.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

2014-cü il 1 avqust saat 11-ə olan məlumata görə 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti