`Xəyanəti bağışlamaq olmaz` - Leyla Yunusla bağlı reaksiyalar

`Xəyanəti bağışlamaq olmaz` - Leyla Yunusla bağlı reaksiyalar
  01 Avqust 2014    Oxunub:2942
Ölkənin siyasi və ictimai xadimləri hüquq müdafiəçisi Leyla Yunusun fəaliyyətinı münasibətlərini bildiriblər. Onun Azərbaycan hakimiyyəti əleyhinə davamlı çıxışları, son olaraq isə gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunları əleyhinə başlatdığı kampaniya etirazla qarşılanıb.

- Leyla Yunusu uzun müddətdir tanıyan şəxs kimi qəti şəkildə deyirəm ki, o adam insanlığı yox, əclaflığı bacarır. O adam üçün əqidə adına tək bir şey var – o da puldur. Leyla üçün ürək də, göz də, hətta otuz iki diş də puldur. İndi də öz hərəkətləri ilə pula görə nələrə getməyə hazı olduğunu göstərir. – Bu sözləri vaxtilə Leyla Yunusun da üzvü olduğu Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə gun.az-a deyib.


“Nəhayət, Azərbaycanın hüquqi qaydaları Leyla Yunusa da tətbiq olunmağa başladı. Bunu müsbət qarşılayıram. Dünənki açıqlamalarda da bəlli oldu ki, bir sıra maddələrlə onun haqqında cinayət işi qaldırılıb. Leyla Yunusun qadına yaraşmayan hərəkətlərinə və arxasında dayanan erməni lobbisinə görə onun haqqında Azərbaycanın qanunları çərçivəsində konkret addımlar atılmalı idi və nəhayət, atıldı". Bu fikirləri isə “Trend”ə millət vəkili Fəzail Ağamalı deyib.

“Leyla Yunus uzun illər idi ki, başqa ölkələrin maraqları ilə oturub duran adam idi. Kimliyindən asılı olmayaraq, dövlətin əleyhinə işləmək, müharibə şəraitində olan bir ölkəyə düşmən mövqe sərgiləyən bir ölkə ilə əməkdaşlıq etmək, onların maraqlarına xidmət etmək yolverilməzdir. Bu cür fəaliyyət yolverilməzdir. Bu, dövlətə, vətənə və xalqa xəyanətdir. Hüquq mühafizə orqanlarının yaydığı məlumatda da Leyla Yunusun dövlətə xəyanət etdiyi açıq-aydın görünür və biz bunu onun həbsindən qabaq da bilirdik". Bu sözlər isə İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalova məxsusdur.

O, əlavə edib ki, L.Yunus son bir neçə ildə müxtəlif fəaliyyətlərinə görə Avropa dövlətlərindən 2,7 milyon manata qədər qrant əldə edib: "Ancaq bu qrantın hara xərcləndiyini görməmişik. Azərbaycanda nə bir hüquq müdafiəçisi, nə də qeyri-hökumət təşkilatı deyə bilər ki, Leyla Yunus indiyə qədər vətəndaş cəmiyyətinin inkişafına, dövlətçiliyə, milli maraqlara xidmət edən hər hansı bir layihə icra edib. Mən şəxsən onun hər hansı bir layihə icra etdiyini görməmişəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu pulun haradan gəlib hara getdiyini araşdırmalıdır".

- Hesab edirəm ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir. Günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. - bunu APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

E. Behbudov bildirib ki, hazırda istintaq getdiyi üçün konkret fikir söyləmək çətindir: “Hesab edirəm ki, insan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir”.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir: “Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracaq və düzgün qiymət verəcək. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq. Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid edə də bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbirli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə Leyla Yunusun həbsinin gözlənilən olduğunu deyib: “Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi. Bilirsiniz ki, Leyla Yunus Rauf Mirqədirovun həbsilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib. Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlanıldı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı. Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanılmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu isə bildirib ki, bu gün Leyla Yunusa və həyat yoldaşına qarşı kifayət qədər ciddi ittihamlar var: “Bu məsələlərə aydınlıq gətirilməlidir. Bu cür məsələlərə tolerant yanaşmaq lazımdır. Ajiotaj yaratmaya ehtiyac yoxdur. Əminəm ki hər hansı ciddi faktlar olmasa, bu həbslər baş verməzdi. Mən vətəninin bir hissəsi işğal olunmuş şəxs kimi deyə bilərəm ki, dövlətə xəyanətlə barışmaq olmaz. Həmin məsələ araşdırılmalı, günahkar varsa, layiqli cəzasını almalıdır”.


Teqlər:  





Xəbər lenti