Novella Cəfəroğlu Xədicə İsmayıla "işverən" dedi

X.İsmayıl bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir: “Biz yığışaraq bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar. Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısı ilə onların hazırladığı siyahı üst-üstə düşmür”.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı isə buna etiraz olaraq deyib ki, Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır. Partiya başqanının müavini Gülağa Aslanlı qeyd edib ki, L.Yunusun müdafiəsi ilə əlaqədar başqa hüquq müdafiəçilərinin ünvanına fikir söyləmək düzgün deyil.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalist Xədicə İsmayılın onun haqqında söylədiyi ittihamlarına cavab verib.
N.Cəfəroğlu X.İsmayılın ünvanına ittihamlar səsləndirib: “Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”.
N.Cəfəroğlu əlavə edib ki, Xədicə İsmayılın bu gün Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə etdikləri Leyla Yunusun vəziyyətini ağırlaşdırmaqdan başqa bir şey deyil.
Qeyd edək ki, bu gün Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı tədbir keçirilib. Tədbirdə L.Yunusun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
Teqlər: