`Azərbaycan Rusiya üçün Ermənistandan daha önəmlidir`

`Azərbaycan Rusiya üçün Ermənistandan daha önəmlidir`
  01 Avqust 2014    Oxunub:3966
Rusiyalı ekspert: “Strateji baxımdan Azərbaycan Rusiya üçün Ermənistandan daha önəmlidir”.

“Rusiyanın başı Ukrayna ilə problemlərə qarışdığından Azərbaycan-Ermənistan sərhədində vəziyyət daha da gərginləşib. Çünki Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya özü problemlərlə yüklənib odur ki, Ermənistanla məşğul olmağa vaxtı yoxdur”. AzVision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqaur erməni mətbuatına müsahibəsində deyib.

“Bu gün Rusiya bütün gücünü və diqqətini Donbasa, Krıma yönəldib. Hazırda Qafdazdakı vəziyyətin inkişafını izləməyə nə gücü, nə də imkanı var.

Digər tərəfdən, Ermənistan-Azərbaycan sərhədində müntəzəm atışmalar həmişə müşahidə olunub. Gəlin inanaq ki, hər şey qaydasına düşəcək”- deyə ekspert son günlərdə təmas xəttində yaşanan gərginliyə də münasibət bildirib. Məlumat üçün qeyd edək ki, ötən gecə Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində 8 Azərbaycan əsgəri həlak olub.

Erməni tərəfinin `Rusiyanın bu qədər məşğul olduğu halda, necə olur ki, Azərbaycanı silahlandırmağa vaxt tapır` sualına cavab olaraq Felqenqauer deyib: “Rusiya Federasiyası həmişə müharibə aparan ölkələr silah satıb. Azərbaycanın isə silah almağa pulu var. Bundan əlavə, strategiya nöqteyi nəzərindən Rusiya həm də Ermənistanı silahlandırır, çünki biz hər iki tərəfin üzərində təsir gücümüzün olmasını istəyirik. Bizi maraqlandıran təkcə Ermənistan yox, bütün Qafqazdır. Bu baxımdan Azərbaycan da bizim üçün maraqlıdır. Özü də strateji cəhətdən Azərbaycan Rusiya üçün Ermənistandan daha önəmlidir”.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti