Şəhidimiz dəfn olundu - FOTO

Şəhidimiz dəfn olundu - FOTO
  01 Avqust 2014    Oxunub:4537
Cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.
AzVision.az Türkəl TV-ə istinadən xəbər verir ki, dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti