`Sərkisyan diqqəti cəbhəyə yönəltmək istəyir`

`Sərkisyan diqqəti cəbhəyə yönəltmək istəyir`
  01 Avqust 2014    Oxunub:4608
`Öz ölkələrində hər hansı bir sosial-iqtisadi uğur qazana bilməyən Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır`. Bu sözləri millət vəkili Aydın Mirzəzadə son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının nümayəndələrini qəbul edərkən sülh tərəfdarı olduğunu bildirmişdi: "Həmçinin, o, Azərbaycanı məsələnin hərbi yolla həllinə çalışmaqda və cəbhə xəttində vəziyyəti gərginləşməkdə ittiham etmişdi. Onun bəyanatından cəmi bir gün keçmiş Ermənistan silahlı qüvvələrinin diversiya qrupları bütün cəbhə xətti boyunca Azərbaycan mövqelərinə hücüm etdilər və bir sıra sahələrdə xırda döyüşlər getdi. 9 nəfər əsgər və gizirimiz həlak oldu, bir neçəsi isə yaralandı".

A.Mirzəzadə `Trend`-ə bildirib Ermənistan tərəfinin bəyanatları və faktiki əməli onun bölgədə vəziyyəti gərginləşdirmək istəyindən xəbər verir: "Öz ölkələrində hər hansı bir sosial-iqtisadi uğur qazana bilməyən Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır. Ancaq bunu etmək artıq hər dəfə çox çətin olur. Bir tərəfdən real çətinlik, digər tərəfdən isə əsgər ölümləri Ermənistan cəmiyyətini öz hakimiyyətini ciddi sorğular etməyə məcbur edir. Həmçinin, Ermənistan ordusu çox ciddi itkilər verir, əvvəlki iddiaları etmək çətinləşir".


Teqlər:  





Xəbər lenti