ABŞ cəbhədəki vəziyyətdən narahatdır

Hər iki tərəfdən itkilərin olmasına təəssüfləndiyini deyən D.Hoqan bu gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
O, qeyd edib ki, hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bu gərginliyin dərhal aradan qaldırılması üzərində işləməlidir.
Qeyd edək ki, işğalçı Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.