Qazaxın kəndləri boşaldılır? - AÇIQLAMA

Qazaxın kəndləri boşaldılır? - AÇIQLAMA
  02 Avqust 2014    Oxunub:10485
“Qazax rayonunun Bala Cəfərli kəndinin boşaldılması haqqında yayılan söz-söhbətlər yalandır. Hazırda kənddə sakitlikdir”.
Bunu AzVision.az-a açıqlamasında rayon icra başçısının müavini Tahir Musayev deyib.

Onun sözlərinə görə, bu gecə ötən gecəyə nisbətən sakit ötüşüb: “Atışma olmağına olur, amma intensiv olaraq davam etmir. Bu gecə sakitlik olub. O biri kəndlərdə də vəziyyət əvvəlki axarı ilə davam edir”.

Qeyd edək ki, mətbuatda Bala Cəfəli kəndinin boşaldılması ilə bağlı xəbər yayılıb. Bildirilib ki, kənddə yalnız kişilər qalıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti