`Xədicə İsmayıl yersiz söhbətlər edir`

`Xədicə İsmayıl yersiz söhbətlər edir`
  02 Avqust 2014    Oxunub:2740
Müsavat Partiyası, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə jurnalist Xədicə İsmayılla Müsavat Partiyasının funksionerləri arasında baş verən qalmaqala aydınlıq gətirib.

Müsavatın Divan üzvü Tural Abbaslı AzVision.az-a açıqlamasında Xədicə İsmayılın yersiz müzakirələrə yol açdığını və həmin müzakirələrin tədbirlə əlaqəsi olmadığını bildirib:

“Bu tədbir Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsinin iclasıdır. Burada Leyla xanımın azadlığa çıxması üçün müzakirələr olmalıdır. Yoxsa, hansı hüquq müdafiəçisi harada neyləyib, onun siyahısı nədir, bunun siyahısı nədir? kimi müzakirələrin yeri deyil. Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır”.

Tural Abbaslının sözlərinə görə, Müsavat Partiyası Xədicə İsmayılın iradlarına cavab verib:

“Məcburuq ki, belə iradlara cavab verək. Qalmaqal olmadı, fikir polemikası oldu. Sadəcə Xədicə xanım, öz fikrini bildirdi, biz də öz fikrimizi bildirdik. Xədicə xanım tənqid edib, təhqirdən ümumiyyətlə söhbət gedə bilməz”.

Mirvari


Teqlər:  





Xəbər lenti