`Heç kimə hesabat verməyəcəyik`- Müdafiə Nazirliyi

`Heç kimə hesabat verməyəcəyik`- Müdafiə Nazirliyi
  02 Avqust 2014    Oxunub:5627
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Apa-ya açıqlamasında qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.

Qeyd edək ki, bu gün bəzi KİV-də Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.


Teqlər:





Xəbər lenti