Şəhid əsgər torpağa tapşırıldı - Fotolar

Şəhid əsgər torpağa tapşırıldı - Fotolar
  02 Avqust 2014    Oxunub:4085
Ötən gün Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb.
AzVision.az CTV-yə istinadən məlumat verir ki, əsgər doğma kəndləri olan Köçəkli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində yüzlərlə kənd sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. 19 yaşlı Ə.Rəhimovun cənazəsi axşam saatlarında, böyüyüb boya-başa çatdığı həyətə gətirilib. Həyətdə şəhidin şərəfinə qaraovul düzülüb.

Cənazə şəriət qaydalarına uyğun olaraq yuyulub və meyit namazı qılınıb. Son dəfə yaxınları Ə.Rəhimovla vidalaşdıqdan sonra hərbi qarovulun müşayiəti ilə cənazə Köçəkli qəbiristanlığına aparılıb.

Ə.Rəhimov 1992-ci ildə Qarabağ uğrunda şəhid olan əmisi oğlunun yanında dəfn edilib. Torpağa qoyularkən yaylım atəşi açılıb.

Allah rəhmət eləsin!

Qalereya




Teqlər:  





Xəbər lenti