Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  03 Avqust 2014    Oxunub:1798
Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti