İsmayıllıdakı yanğın söndürüldü - YENİLƏNİB

İsmayıllıdakı yanğın söndürüldü - YENİLƏNİB
  04 Avqust 2014    Oxunub:2286
İsmayıllıda baş verən meşə yanğınının qarşısı alınıb. AzVision.az xəbər verir ki, yanğın 19:00 radələrində söndürülüb. Hadisə yeri FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətinə götürülüb.

***

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonunda baş verən meşə yanğını ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 5 km aralı) dağlıq meşə zolağında yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti