“Mən də savaşa gedəcəyəm...” - Aybəniz Haşımova

“Mən də savaşa gedəcəyəm...” - Aybəniz Haşımova
  03 Avqust 2014    Oxunub:3546
"Qarabağ Azərbaycana qayıdacaq. O gün olacaq. Mütləq olacaq. Amma o günü görməyimiz üçün istər ön cəbhədə, istər arxa cəbhədə bir olmalıyıq".
AzVision.az xəbər verir ki, bu fikirləri əməkdar artist Aybəniz Haşımova Facebook səhifəsində bildirib. A.Haşımova lazım gələrsə Qarabağ uğrunda savaşa gedəcəyini bəyan edib:

"Kimlərsə 1992-ci ildə də öz mənfəəti üçün xeyir qazanmaq istədi, qazandı da... Amma bu gün 1992-ci il deyil, 2014-dür və qüdrətli dövlətimiz, ordumuz, oğullarımız var. Bu gün hər birimiz bu addımda ölkəmizin, dövlətimizin yanında olmalıyıq.

Savaş qalıb bir yanda, biz öz ölkəmizin bəzi xoşagəlməz halları ilə qarşılaşırıq... Bütün sənət əhlinin ürəyi Vətənlə, sizinlə yanır əzizlərim. And içirəm sizə, gərəkdirsə mən də gedəcəyəm savaşa. Özü də arxa cəbhədə yox, ön cəbhədə durmağa. Bunu 1992- ildə də etdim. Yenə də edəcəm.

Amma erməni quduzuna imkan verməyək ki, ölkəmizdən kiçik belə xoşagəlməz məlumatı eşidərək bayram etsin. Kimsə səhv etsə də, onu öz içimizdə başa salaq ki, düz etmədin. Onu söymək, döymək və yaxud da haqqında ləyaqətsiz ifadələr işlətmək bizə gərək deyil. Vətənimin səhvli, səhvsiz bütün övladlarına qurban olum.

Onlar bizimdirlər. Vətən hər birimizin evidir. Onun tərkibində yaşayan bütün övladlar bizim balamızdır. Onları yalnız tərbiyə edə bilərik, söymək yox. Gəlin biri-birimizə dayaq və kömək olaq. Bu da Vətən borcudur!" - deyə, əməkdar artist daha sonra qeyd edib.


Teqlər:  





Xəbər lenti