Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi
  04 Avqust 2014    Oxunub:3266
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumat yayıb.

Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına və göstərilən diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirib.

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti