`Leyla Yunusun qisasını alırıq` - Erməni bloqqerlər

`Leyla Yunusun qisasını alırıq` - Erməni bloqqerlər
  04 Avqust 2014    Oxunub:18273
Hazırda erməni bloqosferasında Leyla Yunusun qızğın müdafəsi gedir. Erməni bloqçular Azərbaycan hakimiyyətindən “Ermənistan, Azərbaycan və Artsax üçün çoxlu işlər görmüş bu böyük qadının” azad olunmasını tələb edirlər.

Haqqin.az saytı xəbər verir ki, erməni bloqçular cəbhə xəttində atəşkəsin pozulmasını da Leyla Yunusun həbsinə görə qisas aksiyası kimi təqdim edirlər. Ermənistanın aparıcı saytlarından “Novosto Armenii” belə bir yazı dərc edib: “DQR-in Müdafiə Nazirliyi: Bakının təbliğat maşını fantizayarına davam edir”. Bu yazının altında erməni bloqqerlər cəbhə xəttində baş verənlərlə bağlı müzakirə açıblar.

Orada Aram Davidyan adlı bloqqer yazıb: “Azərbaycan hakimiyyəti Leyla Yunusu həbs edib. O, Ermənistan, Azərbaycan və Artsax üçün çoxlu işlər görən böyük qadındır. Eybi yox, tezliklə biz Bakını azad edərik və Leyla da azad olar. O, Artsaxın bütün ordenlərinə layiqdir. Baş verənlər Leyla üçün qisasdır. Azəri qoyunlar, onu həbsdə nə qədə saxlasanız, bizdən də o qədər çox güllə və raket alacaqsınız. Aydındırmı???




Digər bloqqer Sarkis Xaçatryan isə yazır: “Leylanı niyə həbs ediblər? Çünki damarlarında erməni qanı axır... Biz hamımız ona çox minnətdarıq. Və bizim əsgərlər Leyla azad olunana qədər atəş açmalıdırlar. Hətta Bakını və Leylanı da azad etməlidirlər. Leyla Barseqyana azadlıq!”

Qeyd edək ki, Barseqyan – Arif Yunusun anasının soyadıdır.

Göründüyü kimi, ermənilər Leyla Yunusa azadlıq uğrunda əsl kampaniyaya başlayıblar. Və açıq deyirlər ki, o, azad olunana qədər bizə güllə atmaqda davam edəcəkər. Görəsən, Leyla Yunus ermənilər üçün bizim bildiklərimizdən başqa nələr edib ki, onlar bu qadının uğrunda hətta savaşmağa belə hazırdırlar.


Teqlər:  





Xəbər lenti