Azərbaycan Ordusunda daha bir itki

Azərbaycan Ordusunda daha bir itki
  04 Avqust 2014    Oxunub:4484
Yaralı əsgərimiz vəfat edib.
Cəbhə xəttinə baş verən atışmada yaralanan əsgər Qarazadə Anar Vidadi oğlu dünyasını dəyişib.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

AzVision.az


Teqlər:





Xəbər lenti