Bir nəfər Kürdə batdı

Bir nəfər Kürdə batdı
  04 Avqust 2014    Oxunub:1297
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Neftçala rayonu, Xıllı kəndində Kür çayında (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı, nəzarət olunmayan ərazidə) 1969-cu il təvəllüdlü Samit Əhmədağa oğlu Əhmədov batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Əhmədovun cəsədi batdığı yerdən 300 m aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:10-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti