Deputat Mikayıl Cabbarova müraciət etdi

Deputat Mikayıl Cabbarova müraciət etdi
  04 Avqust 2014    Oxunub:2943
Millət vəkili Fazil Mustafa orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunması üçün təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Bu barədə AzVision.az-a deputat özü məlumat verib.

Millət vəkili hesab edir ki, orta məktəblərdə hərbi hazırlıq dərsləri yenidən tədris olunmalıdır:

`Orta məkətblərdə Hərbi hazırlıq dərslərinin bərpa olunması bağlı təhsil nazirinə müraciət hazırladım. Ehtiyatda olan kifayət qədər zabit və gizirimiz var ki, bu işi minimum əmək haqqı ilə həyata keçirə bilərlər. Hələ vaxta bir ay var, operativ surətdə orta məktəbin 7-ci sinfindən başlayaraq dövlət və özəl məktəblərdə oğlanların və qızların həftədə bir dəfə hərbi vərdiş və davranışlara yiyələnməsinə yönələn dərslərin keçirilməsi nəzərdə tutulmalıdır. Hərbi oyunlar üzrə müxtəlif yarışların keçirilməsi də məktəblərin iş planına salınmalıdır. Məktəblərdə səyyar atıcılıq kursları təşkil olunmalıdır və uşaqlar ödənişsiz əsaslarda bu kurslarda iştirak etməlidirlər`.

AzVision.az


Teqlər:  





Xəbər lenti