Bir gündə 13 həbs, 4 ölü

Bir gündə 13 həbs, 4 ölü
  05 Avqust 2014    Oxunub:2459
Daxili İşlər Nazirliyinin mətbuat xidməti ötən gün baş verən kriminal hadisələrin xronikasını açıqlayıb.
AzVision.az xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 13 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti