Bakıdan birbaşa Nyu-Yorka

Aviareyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir “Airbus-A 340” tipli hava gəmiləri ilə yerinə yetiriləcək. Bu hava gəmiləri ən yüksək təhlükəsizlik tələblərinə cavab verir.
“Azərbaycan Hava Yolları”, həmçinin bildirir ki, bu reyslər Tbilisi, Aktau, Tehran və Bişkekdən olan sərnişinlər üçün də əlverişli tranzit uçuş imkanı yaradacaq.
Qeyd edək ki, Nyu-Yorka birbaşa uçuşlar “AZAL”ın müasir tarixində yeni hadisədir. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsində, ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy vermişdi. Bu il martın 7-də isə Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizlik səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqlədikdən sonra ölkəmizin aviasiya şirkətləri ABŞ aeroportlarına müntəzəm uçuşlar həyata keçirmək hüququ əldə ediblər.
Teqlər: