İlham Əliyev :`Bu xəbər məni kədərləndirdi`

İlham Əliyev :`Bu xəbər məni kədərləndirdi`
  04 Avqust 2014    Oxunub:4296
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.
Prezident məktubda Çində baş verənlərlə bağlı məyusluğunu ifadə edib:

“Hörmətli cənab Sədr, Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Xatırladaq ki, ötən gün Çinin Yunyan əyalətində baş verən 6,5 bal gücündəki zəlzələ nəticəsində 380-dən çox insan ölüb.


AzVision.az


Teqlər:  





Xəbər lenti