Nazirlik gücləndirilmiş iş rejiminə keçdi

Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  05 Avqust 2014    Oxunub:1968
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə növbəti xəbərdarlığını edib.
Nazirlikdən AzVision.az-a verilən məlumatda bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.

Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət etmək olar. Bu məqsədlə müraciət etmək üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt ünvanlarından (“[email protected]” və ya www.cert.az) faydalana bilərsiniz”.


Teqlər:





Xəbər lenti