“Cəbhədə baş verənlər göstərdi ki...” - Deputat

Cəbhədə baş verən son olaylardan söz açan deputat bildirib ki, bu olaylar göstərdi ki,bu gün Azərbaycan ordusunun hər bir əsgəri və zabiti Hərbi Anda, əli silah tuta biləcək hər kəs, könüllülər, müharibə veteranları, gənclər isə bizi birləşdirən vətən sevgisinə sadiq qalaraq Qarabağın azad edilməsi uğurunda ölüm-dirim mübarizəsi əzmində olduqlarını bildirərək torpaqlarımızı işğalçılardan azad etməyə, respublikamızın ərazi bütövlüyünün bərpasına hazırdır.
“Əks zərbələrlə düşməni sarsıdan ordumuz sübut etdi ki, içimizdə Qarabağ sevgisindən qaynaqlanan, Qarabağ həsrətindən sızıldayan bir fırtına qaynayır və biz Qarabağı azad edə biləcəyik. Bunun üçün güclü ordumuz, güclü iradə və ordunun arxasınca gedəcək böyük və həssas xalq, bizi birləşdirən milli və vətənpərvərlik dəyərləri var”.
AzVision.az