Azərbaycandan Zuqanova dəstək - AÇIQLAMA

Azərbaycandan Zuqanova dəstək - AÇIQLAMA
  05 Avqust 2014    Oxunub:3705
“Zuqanovun axtarışa verilməsi bir hüquqşünas kimi mənə çatmadı. Zuqanov haqqında nə üçün cinayət işi qaldırılır və o axtarışa verilir?”.
Bu fikirləri AzVision.az-a Azərbaycan Kommunist Partiyası (AKP) sədri Rauf Qurbanov Rusiya Federasiyası Kommunist partiyasının lideri Gennadi Zuqanovun axtarışa verilməsinə münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, Zuqanov haqda bu cür qərarın verilməsi ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır: “Ukraynada baş verən hadisələr artıq ictimaiyyətin gözü qarşısındadır. Özləri cinayət qrupu təşkil edən insanlar, başqaları haqqında cinayət işi qaldırmaq və axtarışa vermək ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan bir məsələdir. Zuqanov birincisi Rusiya vətəndaşıdır. İkinci tərəfdən də, onun elə bir xüsusi rolu yoxdur ki, Ukrayna DİN-i onun haqqında axtarış elan etsin. Belə şeylər, təbii olan məsələlərdir”.

Partiya sədri hesab edir ki, əksinə bu məsələlər Zuqanovun imicinin, reytinqinin yüksəlməsinə xidmət edəcək.

“Bilirsinizmi, Ukraynada hakimiyyətdə olanlar qüvvələr özlərini elə bir labirintə salıblar ki, vəziyyətdən çıxış yolunu bu və ya digər tanınmış şəxslərə şər-böhtan, onlar haqqında qeyri-hüquqi sənədlər ortaya çıxarmaqla ictimaiyyətin fikrini yayındırmağa çalışırlar. Zuqanovun axtarışa verilməsini eşidəndə, hüquqşünas olduğum üçün bunu anlaya bilmədim. Mənə çatmır ki, Zuqanov haqqında nə üçün cinayət işi qaldırılır və o axtarışa verilir? Dünyada tanınmış siyasətçi olan Zuqanov haqqında cinayət işi qaldırılması, gülünc doğuran məsələdir. Yaxşı olar ki, Ukrayna Daxili İşlər Nazirliyi oradakı “Sağ sektorun” liderləri Dmitri Yaroş haqqında cinayət işi qaldırsın, onu axtarışa versinlər. Cinayətkaq qrupa daxil olan insanlardan biridir”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Federasiyası Kommunist partiyasının lideri Gennadi Zuqanov, Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski və “Ədalətli Rusiya” partiyasının sədri Serqey Mironovu axtarışa verib.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti