Deputatlarımız Türkiyədə seçkiləri izləyəcək

Deputatlarımız Türkiyədə seçkiləri izləyəcək
  05 Avqust 2014    Oxunub:1426
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-dən 13-dək bu ölkəyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatlarımız ölkənin paytaxtı Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin edilməsi, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

AzVision.az


Teqlər:



Xəbər lenti