ABŞ tərəfləri sülhə çağırdı

ABŞ tərəfləri sülhə çağırdı
  05 Avqust 2014    Oxunub:1384
ABŞ Dövlət Departamenti iyulun 31-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlikdən narahatdır, hər iki tərəfdən ölənlərin ailələrinə başsağlığı verir və tərəfləri atəşkəsə riayət etməyə çağırır.
Bunu qurumun rəsmi nümayəndəsi Cen Psaki keçirdiyi son brifinqdə deyib.

Münaqişənin hərbi yolla həllinin istisna olunduğunu deyən C.Psaki qarşıdurmanın davam etməsinin yalnız sülh danışıqlarının çətinləşdirilməsinə gətirib çıxaracağını bildirib.

O deyib: “Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə dəstək verməyə hazırıq”.


Teqlər:



Xəbər lenti