FHN 300 işçisini səfərbər edib
Hadisə yerinə cəlb olunmuş Nazirliyin 300-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə bütün istiqamətdə yanğınların artıq lokallaşdırılmasına nail olub.
Qeyd edək ki, yanğınlar yüksək dağlıq əraziləri əhatə etdiyindən və küləklə müşayiət olunduğundan tam olaraq söndürülməsində çətinliklər yaranıb.
İlkin hesablamalara görə yanğın Oğuzda 6 hektar, Qəbələdə isə 7 hektar ərazini əhatə edib.
Hazırda ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğınların tam söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.
Mirvari Nəcəf







Vaxtında, Aydın, Lazımlı!


