Azərbaycandan Obamaya müraciət – Siz də qoşulun!

Azərbaycandan Obamaya müraciət – Siz də qoşulun!
  05 Avqust 2014    Oxunub:2949
Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib. Petisiyanı Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri öz təşəbbüsləri ilə başladıblar.

Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var. Qeyd edilir ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olub.

Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son qoyulmasını istəyir.

Petisiyanı dəstəkləmək üçün BURA daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq, (ZIP CODE) bölməsinə AZ 1000 yazıb və SİGN NOW düyməsini basmaqla, petisiyanı imzalamaq olar.

Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatdırılır.

Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır. Siz də petisiyanı imzalayanlara qoşulun.


Teqlər:





Xəbər lenti