Əli Kərimlinin müşaviri istefa verdi - QALMAQAL

AzVision.az xəbər verir ki, bu barədə R.Mirhəşimli özünün “Facebook” profilində bəyan edib: `AXCP sıralarından çıxandan bir neçə gün sonra küçədə partiya rəhbərliyində olan biri ilə qarşılaşdım. Üzünü çevirib, salam vermədən keçdi yanımdan. Adam, mən partiyadan çıxdım, sən insanlıqdan çıxmısan! Həm də AXCP-ni tərk etməyim sakitcə, heç bir mətbuat orqanına açıqlama vermədən, xüsusi bəyanatla çıxış etmədən olub. Sənin kimlərin və hansı qurumun qarşısında öhdəliyinin olduğunu mən bilirimsə, bunu bilən başqaları da var. Özünü yüksəkdə sayıb, bu qədər urvatsız olma! Bu təşkilatda fəlakət o zaman başladı ki, 4-5 nəfər istisna olmağa, rəhbərliyə qaragüruhçular, "bizimlə olmayan bizə düşməndi" düşüncəsini həyat tərzinə çevirənlər, başqaları qarşısında öhdəliklər götürənlər yığışdı. Bu da təşkilatı Azərbaycan siyasi tarixinin keçmişinə çevirdi, gələcəyinə deyil...
Bu təşkilatda olduğum 25 ilin heç bir gününə peşman deyiləm, təşkilatın sıralarını tərk etdiyimə də...`.